“AL Market” Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Korporativ Sosial Məsuliyyət tədbiri təşkil edib
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlar üçün tədbirlər təşkil olunub.
“AL Market” tərəfdaşı olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı ilə birlikdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Korporativ Sosial Məsuliyyət tədbiri təşkil edib.
Bakıda keçirilən tədbirdə “AL Market” MMC , Bakı Regional Məşğulluq filialı, “McDonald’s Azərbaycan” QSC və Hədəf şirkətlər qrupunun nümayəndələri “Ümid yeri” uşaq sığınacağını ziyarət edib. Burada uşaqlarla müxtəlif oyunlar oynanılıb, rəqs nömrələri, əyləncəli şou proqramlar təşkil olunub. Tədbirin sonunda uşaqlara “AL Market” mağazalarında satılan müxtəlif yerli və qlobal markaların məhsulları hədiyyə olunub. “Ümid yeri” uşaq sığınacağına müxtəlif zəruri təmizlik vasitələri təqdim edilib.
Ətraflı