“AL Market”dən “Səndən ötrü qan verməyə cümlə hazırıq!” aksiyası
“AL Market” və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “AL Market”in mərkəz ofisində “Səndən ötrü qan verməyə cümlə hazırıq!” şüarı ilə qanvermə aksiyası həyata keçirilib.
Qan ehtiyacı olan həmvətənlərimizə dəstək üçün təşkil edilən kampaniyada əməkdaşlar aktiv iştirak ediblər.
Qanvermə prosesindən əvvəl Mərkəzi Qan Bankının həkim heyəti müvafiq yoxlanışlar apararaq, uyğun şəxslərdən qan analizləri alındıqdan sonra həyata keçirib.
Qeyd edək ki, Azərbaycanın hər tərəfində yüzlərlə filialı ilə fəaliyyət göstərən “AL Market” mağazaları ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir. “Yüksək keyfiyyət, uyğun qiymət” sloqanını əsas tutan “AL Market”lər ailənizin ehtiyacları üçün minlərlə məhsulla xidmətinizdədir.
Digər