“Al Market” qəhrəmanlarımızın övladları üçün Bayram şənliyi keçirib.
“Al Market” və Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü eləcə də "Azərsun Holdinq"in təşkilatçılığı ilə vətənin bütövlüyü uğrunda canından keçən və sağlamlığını itirən qəhrəmanlarımızın övladları üçün 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə əyləncəli proqram təşkil edilib.
"Al Market" mağazalar şəbəkəsi , "Park Bulvar" AVM və "Shokki Mokki" brendinin dəstəyi ilə keçirilən Yeni il şənliyində ilk öncə şəhid övladları və valideynləri üçün "Planetarium"da cizgi filmi nümayiş olunub, daha sonra isə əyləncə təşkil edilib. Həmçinin tədbirdə "Al Market" mağazalar şəbəkəsi və "Shokki Mokki" brendinin stendləri quraşdırılıb,gələn qonaqlara müxtəlif hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Azərbaycanın hər tərəfində yüzlərlə filialı ilə fəaliyyət göstərən “Al Market” ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir. “Yüksək keyfiyyət, uyğun qiymət” sloqanını əsas tutan “Al Market”lər ailənizin ehtiyaclarını ödəmək üçün minlərlə məhsulla xidmətinizdədir.
Digər