Süd və süd məhsullarının faydaları — “Bizim Süd”
Gündəlik həyatımızda ən çox istifadə etdiyimiz qidalar arasında süd və süd məhsulları əsas yerə malikdir. Kalsium və protein başda olmaqla, bir çox faydalı maddələri özündə birləşdirən süd məhsulları sağlamlığımız üçün də xeyli faydalıdır. Elə bu səbəbdən “Bizim Süd” məhsullarının istehlakına həyatımızda xüsusi önəm verməliyik.
Bir az daha dəqiq olsaq, südün hansı faydaları var?
• Süd bizi xəstəliklərdən qoruyur.
Məsələn, südün tərkibindəki potassium və maqnezium qan təzyiqini normal səviyyədə tutmağa kömək edir və qan təzyiqindən doğan ürək xəstəliklərinin qarşısını alır. Buna görə də həkimlər sağlam ürək üçün süd içməyi məsləhət görür. Ürək xəstəlikləri ilə yanaşı, süd məhsullarının istehlakı bağırsaq xərçəngindən də qoruyur.
• Sümüklərimizi gücləndirir.
Tərkibindəki kalsiuma görə sevilən süd güclü sümüklər və dişlər üçün əsl vasitədir. O, bədənimizdəki düzgün sümük sıxlığının yaranmasını təmin edir və beləcə, osteoporoz riski də bir xeyli azalır.
• Süd əsl mineral mənbəyidir.
Tərkibində olan A, B2, B12 və D vitaminləri ilə süd sağlamlığımız üçün əsas qida məhsullarından olduğunu bir daha təsdiqləyir.
Bəs süd məhsulları sağlamlığımız üçün nə qədər xeyirlidir?
Gəlin xamadan başlayaq. Xama yüksək miqdarda kalsiumu, eləcə də yararlı yağları özündə birləşdirir. Bu yağlar ürək sağlamlığını dəstəkləyib mənfi xolesterol səviyyəsini də aşağı salır.
Ürəklə yanaşı, həzm prosesini yaxşılaşdıraraq bağırsaq sağlamlığını da qaydasında saxlayır. Buna görə də gündəlik rejiminizə “Bizim Süd” xamasını əlavə etməyi unutmayın.
Ləzzətli süd məhsulları arasında qatıq da yer alır ki, o, sağlam məhsullar arasında xüsusi rola malikdir. Qatığın tərkibində bir çox probiotiklər, B5 və B12 vitaminləri, eləcə də fosfor, yod və sink kimi elementlər var. Bu elementlərin köməyi ilə o, immunitet sistemini, damar sağlamlığını və əzələləri yaxşılaşdırır. Həmçinin qatıq arıqlamağa kömək edən qida vasitələrindən biridir.
Sonda isə keçid edək pendirə. Pendir kalsium cəhətdən boldur və sümüklərin güclənməsinə kömək edir. Tərkibində yüksək səviyyədə protein və sağlam yağlar olduğundan gün boyu tox qalmağa da yardımçı olur. Məsələn, salatlarınıza və sendviçlərinizə “Bizim Süd” pendirini əlavə edə bilərsiniz.
Digər