al-marketde-visa-ile-al-hediyyeler-senin-olsun-tirajli-stimullasdirici-lotereya-basladi
27 fev. 2024

“Al Market”də “Visa ilə Al, hədiyyələr sənin olsun!” tirajlı stimullaşdırıcı lotereya başladı!

Gündəlik alış-verişlərinizi böyük hədiyyələrə çevirmək istəyirsinizsə, istənilən “Visa” kartı ilə sizə yaxın “Al Market” mağazasına gəlin və “ASB” pos-terminalı ilə etdiyiniz hər 15 AZN-lik birdəfəlik sərfəli alış-verişlərdə 9 tur boyunca 37 ədəd müxtəlif hədiyyə qazanmaq şansı əldə edin.

36 günə 37 möhtəşəm hədiyyə üçün şərtlər və qaydalarla ətraflı tanış ola bilərsiniz:

Müddət: “Visa ilə Al, hədiyyələr sənin olsun!” tirajlı stimullaşdırıcı lotereya 27 fevral  2024-cü il saat 7:00–2 aprel 2024-cü il saat 23:00 tarixləri ərzində Azərbaycan Respublikası ərazisində yerləşən istənilən “Al Market” satış məntəqələrində “Visa” kartı ilə alış-veriş etməklə həyata keçiriləcəkdir.

Qoşulma şərtləri: Lotereyaya qoşulmaq üçün iştirakçılar “Al Market” şəbəkəsindən 27 fevral–2 aprel tarixlərində Azərbaycan Respublikasında qeydiyyatda olan və istənilən banka aid buraxılan “Visa” kartları ilə nağdsız qaydada minimum birdəfəlik ödəniş 15 (on beş) manat və ya üzəri məbləğ olmaqla alış-veriş etməlidirlər. Həmin ödənişi yalnız “ASB” pos-terminal vasitəsilə etdiyi zaman “Al Market” tərəfindən verilən qəbzdə xüsusi unikal kod və QR-kod (elektron kod) əks olunacaqdır. Birdəfəlik alış-verişdə toplam məbləğin hər 15 manatı üçün bir haqq qazanacaqsınız. 150 manat və yuxarı istənilən  alış-veriş məbləği üçün toplam 10 haqq qazanacaqsınız. Çekdəki alkoqollu içkilərin, tütün və tütün məmulatlarının məbləği hesablanmır.

Lotereyaya qatılmaq üçün alış-veriş qəbzinizdəki lotereya QR-kodu skan edərək və ya “visaileal.almarket.az” saytına daxil olaraq məlumatları doldurmanız vacibdir. Həmçinin 4717 nömrəsinə alış-veriş qəbzinizdəki xüsusi 14 rəqəmli kodu pulsuz göndərərək qatıla bilərsiniz.

Qatılma şərtlərini doğru yerinə yetirdikdə 24 saat ərzində sizə təsdiq SMS-i gələcək.

37 Möhtəşəm Hədiyyəmiz:

1 ədəd “Leap Motor C-11” avtomobili, 1 ədəd “Apple iPhone 15, 128 GB” mobil telefonu, 2 ədəd “Sony PlayStation 5 Blue”, 3 ədəd “LG” soyuducu, 4 ədəd “LG” televizor, 5 ədəd “Apple Watch”, 6 ədəd “Bosch” qabyuyan, 7 ədəd “Tefal” tozsoran, 8 ədəd “LG” paltaryuyan.

Qaliblər necə seçilir? Uduş fondunun oynanılması və qaliblərin seçilməsi xüsusi proqram təminatı vasitəsilə elektron püşkatma qaydasında təyin olunacaq, “Al Market” və “Visa”nın rəsmi sosial media səhifələrində keçiriləcək canlı yayımda seçiləcəkdir.

(https://www.instagram.com/almarketler/https://www.instagram.com/visaaz_official/) Həmçinin “Al Market”in “TikTok”, “Facebook” və “YouTube” hesablarında canlı yayımlanacaqdır.

Kimlər iştirak edə bilər? Lotereyada yalnız 18 yaşdan yuxarı bütün Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər. “Havas Media Azərbaycan” MMC-nin, eləcə də “Al Market” işçiləri mühafizəçiləri, təmizlik və texniki işçiləri və onların ailə üzvləri, yaxın qohumları (ata, ana, həyat yoldaşı, övlad, qardaş, bacı və onların övladları, baba, nənə, onların atası və anası, nəvə, qaynata, qaynana, qayın, baldız), habelə yaşı 18-dən aşağı olan şəxslər, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər bu tirajlı stimullaşdırıcı lotereyada iştirak edə bilməzlər.

 

Seçimləri canlı izləmək istəyənlər “Al Market”in “WhatsApp” nömrəsinə 055 204 7575 yazaraq qeydiyyatdan keçib canlı yayın günləri Azərsun Mədəniyyət Mərkəzinə gələrək seçimləri canlı izləyə bilərlər.

Seçim günləri  :

  • 1-ci tur — 4 mart 2024 saat 14:00
  • 2-ci tur — 7 mart 2024 saat 14:00
  • 3-cü tur — 11 mart 2024 saat 14:00
  • 4-cü tur — 15 mart 2024 saat 14:00
  • 5-ci tur — 19 mart  2024 saat 14:00
  • 6-cı tur — 27 mart 2024 saat 14:00
  • 7-ci tur — 29 mart 2024 saat 14:00
  • 8-ci tur — 1 aprel 2024 saat 14:00
  • 9-cu tur — 8 aprel (Final, Park Bulvar, saat 17:00-da)

Gündəlik alış-verişlərinizi böyük hədiyyələrə çevirmək istəyirsinizsə, ekonom alış-verişin məkanı “Al Market”ə gəlin, daha çox alış-veriş edin və daha çox şans qazanın!

Əlavə məlumat üçün “Al Market” sosial media hesablarına yaza bilərsiniz.

https://www.instagram.com/almarketler/

Digər

dviyyatlarin-faydalari-nelerdir-ve-onlardan-nece-duzgun-istifade-etmek-lazimdir

Ədviyyatların faydaları nələrdir və onlardan necə düzgün istifadə etmək lazımdır?

Ədviyyatlar təkcə yeməklərimizə ləzzət qatmaqla qalmır, doğru istifadə edildiyi zaman sağlamlığımıza da müsbət təsir göstərir. Yalnız “Al Market”də tapa biləcəyiniz “Sanitta Baharat” markası da geniş ədviyyat çeşidi ilə evinizə həm ləzzət, həm də sağlamlıq gətirəcək. Odur ki gəlin ədviyyatların faydaları və onlardan düzgün istifadə ilə tanış olaq. Çörəkotu Çörəkotu güclü antioksidant xüsusiyyətləri ilə məşhurdur. O, immunitet sistemini gücləndirir və həzm prosesini dəstəkləyir. Qatıq, salat və xəmir işlərinə çörəkotu əlavə edərək onun faydalarından yararlana bilərsiniz. Mixək “Sanitta”nın mixək çeşidi diş və ağız sağlamlığı üçün olduqca faydalıdır. Üstəlik, ondan təbii ağrıkəsici olaraq da istifadə etmək də olar. Ət yeməklərinizə, hətta çay və şirniyyatlarınıza da mixək əlavə edə bilərsiniz. Qara istiot Maddələr mübadiləsini sürətləndirən və həzmi asanlaşdıran qara istiot iltihab əleyhinə xüsusiyyətlərə də malikdir. Sarıkök İltihab əleyhinə və antioksidant xüsusiyyətləri ilə seçilən sarıkök immuniteti və həzmi də dəstəkləyir, dəri sağlamlığını yaxşılaşdırır. Plov və şorba ilə yanaşı, “smoothie”lərinizə də sarıkök əlavə edərək sağlamlığınızın qeydinə qala bilərsiniz. Darçın Darçın qan şəkərini tənzimləməyə kömək edir və antioksidant xüsusiyyətlərə sahibdir. Beləcə, onu rahatlıqla qəhvəyə, şirniyyatlara, üstəlik, ət yeməklərinə də əlavə etmək olar. Bəs ədviyyatlardan necə düzgün istifadə edək? 1. Təzəlik: Ədviyyatları sərin, quru və qaranlıq bir yerdə saxlayın. Bu, onların təzəliyini və dadını qorumaqda kömək olacaq. 2. Ölçü: Ədviyyatları yeməklərinizə əlavə edərkən ölçünü qoruyun. Həddindən artıq istifadə həm sağlamlığınıza mənfi təsir edəcək, həm də yeməklərinizin ləzzətini pozacaq. 3. Zamanlama: Yemək bişirərkən ədviyyatları düzgün zamanda əlavə etmək lazımdır. Məsələn, qara istiotu yemək bişdikdən sonra əlavə etmək onun ləzzətini qoruyur.

Ətraflı
24 iyl. 2024