dviyyatlarin-faydalari-nelerdir-ve-onlardan-nece-duzgun-istifade-etmek-lazimdir
24 iyl. 2024

Ədviyyatların faydaları nələrdir və onlardan necə düzgün istifadə etmək lazımdır?

Ədviyyatlar təkcə yeməklərimizə ləzzət qatmaqla qalmır, doğru istifadə edildiyi zaman sağlamlığımıza da müsbət təsir göstərir. Yalnız “Al Market”də tapa biləcəyiniz “Sanitta Baharat” markası da geniş ədviyyat çeşidi ilə evinizə həm ləzzət, həm də sağlamlıq gətirəcək. Odur ki gəlin ədviyyatların faydaları və onlardan düzgün istifadə ilə tanış olaq.

Çörəkotu
Çörəkotu güclü antioksidant xüsusiyyətləri ilə məşhurdur. O, immunitet sistemini gücləndirir və həzm prosesini dəstəkləyir. Qatıq, salat və xəmir işlərinə çörəkotu əlavə edərək onun faydalarından yararlana bilərsiniz.

Mixək
“Sanitta”nın mixək çeşidi diş və ağız sağlamlığı üçün olduqca faydalıdır. Üstəlik, ondan təbii ağrıkəsici olaraq da istifadə etmək də olar. Ət yeməklərinizə, hətta çay və şirniyyatlarınıza da mixək əlavə edə bilərsiniz.

Qara istiot
Maddələr mübadiləsini sürətləndirən və həzmi asanlaşdıran qara istiot iltihab əleyhinə xüsusiyyətlərə də malikdir.

Sarıkök
İltihab əleyhinə və antioksidant xüsusiyyətləri ilə seçilən sarıkök immuniteti və həzmi də dəstəkləyir, dəri sağlamlığını yaxşılaşdırır. Plov və şorba ilə yanaşı, “smoothie”lərinizə də sarıkök əlavə edərək sağlamlığınızın qeydinə qala bilərsiniz.

Darçın
Darçın qan şəkərini tənzimləməyə kömək edir və antioksidant xüsusiyyətlərə sahibdir. Beləcə, onu rahatlıqla qəhvəyə, şirniyyatlara, üstəlik, ət yeməklərinə də əlavə etmək olar.

Bəs ədviyyatlardan necə düzgün istifadə edək?
1. Təzəlik: Ədviyyatları sərin, quru və qaranlıq bir yerdə saxlayın. Bu, onların təzəliyini və dadını qorumaqda kömək olacaq.
2. Ölçü: Ədviyyatları yeməklərinizə əlavə edərkən ölçünü qoruyun. Həddindən artıq istifadə həm sağlamlığınıza mənfi təsir edəcək, həm də yeməklərinizin ləzzətini pozacaq.
3. Zamanlama: Yemək bişirərkən ədviyyatları düzgün zamanda əlavə etmək lazımdır. Məsələn, qara istiotu yemək bişdikdən sonra əlavə etmək onun ləzzətini qoruyur.

Digər

sud-ve-sud-mehsullarinin-hansi-faydalari-var

Süd və süd məhsullarının hansı faydaları var?

Sağlam həyatın, pəhrizin əvəzolunmaz hissələrindən biri də süd və süd məhsullarıdır. Buna görə də “Bizim Süd” məhsullarına gündəlik həyatımızda yer verməli, beləliklə, sağlamlığımızın qayğısına qalmalıyıq. Bəs hansı süd məhsulunun hansı faydaları var? Gəlin onlarla birlikdə tanış olaq. • Süd Gündəlik kalsium və D vitamini ehtiyacımızı qarşılamaq üçün bizə ən çox lazım olan içki məhz süddür. O, sümük və dişlərimizi də gücləndirir, bədənimizdəki düzgün sümük sıxlığının yaranmasını təmin edir və osteoporoz riskini də azaldır. • Ayran Ayran isti havalarda köməyimizə çatmaqla yanaşı, orqanizmdəki elektrolit balansını da qoruyaraq bədənimizin susuz qalmasının qarşısını alır. Üstəlik, həzmi də asanlaşdırır və mədə sağlamlığını gücləndirir. • Qatıq, pendir və xama Qatıq probiotik xüsusiyyətləri ilə mədə və bağırsağı tənzimləyir, həzm və immunitet sistemini dəstəkləyir. İstəyə uyğun olaraq qatığı şirniyyatlara və duzlu yeməklərə əlavə edə, ya da tək yeyə bilərsiniz. Pendir isə protein və kalsium cəhətdən xeyli zəngindir. Bu xüsusiyyəti sümüklərin bərkiməsinə kömək edir. Son olaraq xama isə C vitamini və kalsium tərkibi ilə immunitet sistemini gücləndirir. “Al Market”lərdə alış-veriş səbətinizə “Bizim Süd” məhsullarını da əlavə edərək həm yeməklərinizi ləzzətləndirə, həm də sağlamlığınızı qoruya bilərsiniz.  

Ətraflı
22 iyl. 2024