isti-yayin-ohdesinden-nece-gelek
isti-yayin-ohdesinden-nece-gelek
isti-yayin-ohdesinden-nece-gelek
23 iyl. 2024

İsti yayın öhdəsindən necə gələk?!

Yay mövsümü gəldi, özü ilə qızmar günləri də gətirdi. Bəs bu qızmar günlərin öhdəsindən necə gəlmək lazımdır? Bizim məsləhətlərimiz aşağıdakı kimidir:
• Kölgə olan ərazilərdə daha çox vaxt keçirin. Bu sizi həm istidən, həm də günəşin şüalarından qoruyacaq.
• Geyimlərinizdə nəfəs ala bilən materiallardan və açıq rənglərdən istifadə edin.
• Və ən əsası isə bol miqdarda maye qəbul edin və sərinləşdirici içkiləri yanınızdan əskik etməyin.

Sonuncu məsləhətimiz isə ən önəmlisidir. Bunun üçün “Al Market”lərdən “Horss” qazlı içkisi və soyuq çayını, “Bizim Süd” ayranını və “Elmas” suyunu əldə edə bilərsiniz. Belə ki, “Horss” qazlı içkisi əhvalınızı yüksək tutacaq, bədəninizi lazımi vitaminlərlə təmin edəcək. Onunla yanaşı, “Horss” soyuq çayı isə müxtəlif meyvə dadları ilə qızmar yay günlərinizə xüsusi ləzzət qatacaq. Təbii ki, mətbəximizdə xüsusi yerə sahib ayranı da yaddan çıxarmaq olmaz. Odur ki yemək süfrələrinizə “Bizim Süd” ayranını qonaq etməyi də unutmayın.

Əgər yuxarıdakı seçimlər sizə görə deyilsə və sadəliyi sevirsinizsə, “Al Market” rəflərində “Elmas” suyu sizi gözləyir.

Digər

dviyyatlarin-faydalari-nelerdir-ve-onlardan-nece-duzgun-istifade-etmek-lazimdir

Ədviyyatların faydaları nələrdir və onlardan necə düzgün istifadə etmək lazımdır?

Ədviyyatlar təkcə yeməklərimizə ləzzət qatmaqla qalmır, doğru istifadə edildiyi zaman sağlamlığımıza da müsbət təsir göstərir. Yalnız “Al Market”də tapa biləcəyiniz “Sanitta Baharat” markası da geniş ədviyyat çeşidi ilə evinizə həm ləzzət, həm də sağlamlıq gətirəcək. Odur ki gəlin ədviyyatların faydaları və onlardan düzgün istifadə ilə tanış olaq. Çörəkotu Çörəkotu güclü antioksidant xüsusiyyətləri ilə məşhurdur. O, immunitet sistemini gücləndirir və həzm prosesini dəstəkləyir. Qatıq, salat və xəmir işlərinə çörəkotu əlavə edərək onun faydalarından yararlana bilərsiniz. Mixək “Sanitta”nın mixək çeşidi diş və ağız sağlamlığı üçün olduqca faydalıdır. Üstəlik, ondan təbii ağrıkəsici olaraq da istifadə etmək də olar. Ət yeməklərinizə, hətta çay və şirniyyatlarınıza da mixək əlavə edə bilərsiniz. Qara istiot Maddələr mübadiləsini sürətləndirən və həzmi asanlaşdıran qara istiot iltihab əleyhinə xüsusiyyətlərə də malikdir. Sarıkök İltihab əleyhinə və antioksidant xüsusiyyətləri ilə seçilən sarıkök immuniteti və həzmi də dəstəkləyir, dəri sağlamlığını yaxşılaşdırır. Plov və şorba ilə yanaşı, “smoothie”lərinizə də sarıkök əlavə edərək sağlamlığınızın qeydinə qala bilərsiniz. Darçın Darçın qan şəkərini tənzimləməyə kömək edir və antioksidant xüsusiyyətlərə sahibdir. Beləcə, onu rahatlıqla qəhvəyə, şirniyyatlara, üstəlik, ət yeməklərinə də əlavə etmək olar. Bəs ədviyyatlardan necə düzgün istifadə edək? 1. Təzəlik: Ədviyyatları sərin, quru və qaranlıq bir yerdə saxlayın. Bu, onların təzəliyini və dadını qorumaqda kömək olacaq. 2. Ölçü: Ədviyyatları yeməklərinizə əlavə edərkən ölçünü qoruyun. Həddindən artıq istifadə həm sağlamlığınıza mənfi təsir edəcək, həm də yeməklərinizin ləzzətini pozacaq. 3. Zamanlama: Yemək bişirərkən ədviyyatları düzgün zamanda əlavə etmək lazımdır. Məsələn, qara istiotu yemək bişdikdən sonra əlavə etmək onun ləzzətini qoruyur.

Ətraflı
24 iyl. 2024