Milli adət-ənənələrimiz — “Bizim Bostan”
Hələ qədim zamanlardan əcdadlarımızın əsrlər boyu öz həyatlarında yaşadığı təcrübələr və vərdişlər bugünkü adət-ənənələrimizin və mətbəx mədəniyyətimizin formalaşmasında mühüm rol oynayıb. Hamımız bilirik ki, mətbəx mədəniyyətimizin xüsusi təamları, ləzzətləri, bir sözlə — ayrı bir gözəlliyi var.
Bu xüsusi dadlardan biri də turşulardır. Əsas da qış fəslində süfrələrimizin başında gələn turşuları analarımız, nənələrimiz müxtəlif üsullarla hazırlayırlar. Hələ o turşulara onların sevgisi də qatılıbsa, dadlarından doymaq mümkün deyil. “Bizim Bostan” turşuları da damaq dadımıza uyğun məhsulları ilə süfrəmizdən heç zaman əskik olmur.
Mətbəx mədəniyyətimizə dad qatan digər nemət isə kompotdur. Təbii meyvələrdən hazırlanan, xüsusilə də, yayda sərinləməyimizə kömək edən kompotların yerini heç nə verə bilməz. Elə bu anda “Bizim Bostan” kompotları dadımıza çatır və süfrələrimizi bəzəyir.
Gəlin “Bizim Bostan” çeşidləri ilə yaxından tanış olaq.
“Bizim Bostan”ın yemişli və feyxoalı, eləcə də albalılı kompot çeşidləri var ki, bunlar süfrə arxasındakı hər söhbətinizi daha da şirin etməyə kömək edəcək.
“Bizim Bostan”ın üzüm sirkəsi, tomatı və noxudu yeməklərinizə xüsusi dad, turşu çeşidləri isə ayrı ləzzət qatacaq. Odur ki süfrənizdən onları da əskik etməyin.
Digər