al-market-isgaldan-azad-olunan-erazilerde-mektebe-qayidis-tedbirleri-kecirib
al-market-isgaldan-azad-olunan-erazilerde-mektebe-qayidis-tedbirleri-kecirib
al-market-isgaldan-azad-olunan-erazilerde-mektebe-qayidis-tedbirleri-kecirib
al-market-isgaldan-azad-olunan-erazilerde-mektebe-qayidis-tedbirleri-kecirib
al-market-isgaldan-azad-olunan-erazilerde-mektebe-qayidis-tedbirleri-kecirib
al-market-isgaldan-azad-olunan-erazilerde-mektebe-qayidis-tedbirleri-kecirib
al-market-isgaldan-azad-olunan-erazilerde-mektebe-qayidis-tedbirleri-kecirib
17 sen. 2024

“Al Market” işğaldan azad olunan ərazilərdə “Məktəbə qayıdış” tədbirləri keçirib!

Ölkənin dörd bir yanında fəaliyyət göstərən “Al Market” mağazalar şəbəkəsi dərs ilinin başlaması münasibətilə yeni Korporativ Sosial Məsuliyyət layihəsi həyata keçirib.

“Qızıl Aypara”nın təşkilatçılığı ilə Qarabağ İqtisadi Zonasına daxil olan Zəngilanın Ağalı kənd orta məktəbində və Tərtərin Talış kəndində yeni məktəbə başlayacaq 100-ə yaxın məktəbliyə çanta və məktəb ləvazimatları hədiyyə edilib.

Həmçinin tədbirdə “Al Market” ilə yanaşı, “Azərsun Holdinq”in digər markası “Shokki Mokki” də uşaqlara möhtəşəm əyləncə bəxş edib. Sonda isə yeni dərs ilində bütün şagirdlərə uğurlar arzulanıb, xatirə fotoları çəkilib.

Qeyd edək ki, Azərbaycanın hər tərəfində yüzlərlə filialı ilə fəaliyyət göstərən “Al Market” mağazaları ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir. “Yüksək keyfiyyət, uyğun qiymət” sloqanını əsas tutan “Al Market” ailənizin ehtiyacları üçün müxtəlif məhsullarla daima xidmətinizdədir.

Digər

dviyyatlarin-faydalari-nelerdir-ve-onlardan-nece-duzgun-istifade-etmek-lazimdir

Ədviyyatların faydaları nələrdir və onlardan necə düzgün istifadə etmək lazımdır?

Ədviyyatlar təkcə yeməklərimizə ləzzət qatmaqla qalmır, doğru istifadə edildiyi zaman sağlamlığımıza da müsbət təsir göstərir. Yalnız “Al Market”də tapa biləcəyiniz “Sanitta Baharat” markası da geniş ədviyyat çeşidi ilə evinizə həm ləzzət, həm də sağlamlıq gətirəcək. Odur ki gəlin ədviyyatların faydaları və onlardan düzgün istifadə ilə tanış olaq. Çörəkotu Çörəkotu güclü antioksidant xüsusiyyətləri ilə məşhurdur. O, immunitet sistemini gücləndirir və həzm prosesini dəstəkləyir. Qatıq, salat və xəmir işlərinə çörəkotu əlavə edərək onun faydalarından yararlana bilərsiniz. Mixək “Sanitta”nın mixək çeşidi diş və ağız sağlamlığı üçün olduqca faydalıdır. Üstəlik, ondan təbii ağrıkəsici olaraq da istifadə etmək də olar. Ət yeməklərinizə, hətta çay və şirniyyatlarınıza da mixək əlavə edə bilərsiniz. Qara istiot Maddələr mübadiləsini sürətləndirən və həzmi asanlaşdıran qara istiot iltihab əleyhinə xüsusiyyətlərə də malikdir. Sarıkök İltihab əleyhinə və antioksidant xüsusiyyətləri ilə seçilən sarıkök immuniteti və həzmi də dəstəkləyir, dəri sağlamlığını yaxşılaşdırır. Plov və şorba ilə yanaşı, “smoothie”lərinizə də sarıkök əlavə edərək sağlamlığınızın qeydinə qala bilərsiniz. Darçın Darçın qan şəkərini tənzimləməyə kömək edir və antioksidant xüsusiyyətlərə sahibdir. Beləcə, onu rahatlıqla qəhvəyə, şirniyyatlara, üstəlik, ət yeməklərinə də əlavə etmək olar. Bəs ədviyyatlardan necə düzgün istifadə edək? 1. Təzəlik: Ədviyyatları sərin, quru və qaranlıq bir yerdə saxlayın. Bu, onların təzəliyini və dadını qorumaqda kömək olacaq. 2. Ölçü: Ədviyyatları yeməklərinizə əlavə edərkən ölçünü qoruyun. Həddindən artıq istifadə həm sağlamlığınıza mənfi təsir edəcək, həm də yeməklərinizin ləzzətini pozacaq. 3. Zamanlama: Yemək bişirərkən ədviyyatları düzgün zamanda əlavə etmək lazımdır. Məsələn, qara istiotu yemək bişdikdən sonra əlavə etmək onun ləzzətini qoruyur.

Ətraflı
24 iyl. 2024