al-market-demir-yumruq-mukafatina-layiq-goruldu
13 iyl. 2022

“AL Market” “Dəmir yumruq” mükafatına layiq görüldü

“AL Market” müharibə iştirakçılarını, qazi və şəhid ailələrin üzvlərini işlə təmin edir. Mağazalar şəbəkəsi bu dəstəyinə görə təşəkkür sertifikatı və “Dəmir yumruq” mükafatına layiq görülüb.

“AL Market” mağazalar şəbəkəsi 800-ə yaxın mağazası və 4000-dən çox insanın çalışdığı böyük bir ailədir. Müharibə başladıqdan sonra ailənin 250-də çox üzvü səfərbərliyə cəlb olunmuş, onlardan 3 nəfəri xüsusi rəşadət göstərək Vətən uğrunda şəhid olmuş, onlarla əməkdaş orden və medallar ilə təltif edilmişdir.

İnsanların məşğulluğunun artırılmasına öz töhfəsini verən marketlər şəbəkəsi bu il ərzində 4 dəfə “Açıq Qapı” günü təşkil etmiş və bununla da 300-dən çox insanı işlə təmin etmişdir. Bunlardan 65 nəfəri müharibə iştirakçıları, qazi və şəhid ailələrin üzvləridir.

44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ailə üzvlərinin və müharibədə yaralanmış qazilərin məşğulluğunun təminatına yaxından dəstək olduğuna görə “Al market”lər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan edilmiş “Məşğulluq Marafonu”nda ən aktiv iştirakçı kimi təşəkkür sertifikatı və “Dəmir yumruq” mükafatına layiq görülüb. Bu proses hələ də davam edir və il sonuna kimi daha 2 Açıq Qapı gününün keçirilməsi nəzərdə tutulub.

“AL market” MMC olaraq dövlət siyasətinə, sosial məsuliyyət və həmrəylik prinsipinə sadiqliyini qoruyaraq bu ənənəni davam etdirəcəkdir.
 

Digər

dviyyatlarin-faydalari-nelerdir-ve-onlardan-nece-duzgun-istifade-etmek-lazimdir

Ədviyyatların faydaları nələrdir və onlardan necə düzgün istifadə etmək lazımdır?

Ədviyyatlar təkcə yeməklərimizə ləzzət qatmaqla qalmır, doğru istifadə edildiyi zaman sağlamlığımıza da müsbət təsir göstərir. Yalnız “Al Market”də tapa biləcəyiniz “Sanitta Baharat” markası da geniş ədviyyat çeşidi ilə evinizə həm ləzzət, həm də sağlamlıq gətirəcək. Odur ki gəlin ədviyyatların faydaları və onlardan düzgün istifadə ilə tanış olaq. Çörəkotu Çörəkotu güclü antioksidant xüsusiyyətləri ilə məşhurdur. O, immunitet sistemini gücləndirir və həzm prosesini dəstəkləyir. Qatıq, salat və xəmir işlərinə çörəkotu əlavə edərək onun faydalarından yararlana bilərsiniz. Mixək “Sanitta”nın mixək çeşidi diş və ağız sağlamlığı üçün olduqca faydalıdır. Üstəlik, ondan təbii ağrıkəsici olaraq da istifadə etmək də olar. Ət yeməklərinizə, hətta çay və şirniyyatlarınıza da mixək əlavə edə bilərsiniz. Qara istiot Maddələr mübadiləsini sürətləndirən və həzmi asanlaşdıran qara istiot iltihab əleyhinə xüsusiyyətlərə də malikdir. Sarıkök İltihab əleyhinə və antioksidant xüsusiyyətləri ilə seçilən sarıkök immuniteti və həzmi də dəstəkləyir, dəri sağlamlığını yaxşılaşdırır. Plov və şorba ilə yanaşı, “smoothie”lərinizə də sarıkök əlavə edərək sağlamlığınızın qeydinə qala bilərsiniz. Darçın Darçın qan şəkərini tənzimləməyə kömək edir və antioksidant xüsusiyyətlərə sahibdir. Beləcə, onu rahatlıqla qəhvəyə, şirniyyatlara, üstəlik, ət yeməklərinə də əlavə etmək olar. Bəs ədviyyatlardan necə düzgün istifadə edək? 1. Təzəlik: Ədviyyatları sərin, quru və qaranlıq bir yerdə saxlayın. Bu, onların təzəliyini və dadını qorumaqda kömək olacaq. 2. Ölçü: Ədviyyatları yeməklərinizə əlavə edərkən ölçünü qoruyun. Həddindən artıq istifadə həm sağlamlığınıza mənfi təsir edəcək, həm də yeməklərinizin ləzzətini pozacaq. 3. Zamanlama: Yemək bişirərkən ədviyyatları düzgün zamanda əlavə etmək lazımdır. Məsələn, qara istiotu yemək bişdikdən sonra əlavə etmək onun ləzzətini qoruyur.

Ətraflı
24 iyl. 2024