al-market-kiv-numayendeleri-ucun-mediatur-teskil-edib
al-market-kiv-numayendeleri-ucun-mediatur-teskil-edib
al-market-kiv-numayendeleri-ucun-mediatur-teskil-edib
al-market-kiv-numayendeleri-ucun-mediatur-teskil-edib
al-market-kiv-numayendeleri-ucun-mediatur-teskil-edib
al-market-kiv-numayendeleri-ucun-mediatur-teskil-edib
al-market-kiv-numayendeleri-ucun-mediatur-teskil-edib
al-market-kiv-numayendeleri-ucun-mediatur-teskil-edib
06 noy. 2024

AL Market KİV nümayəndələri üçün mediatur təşkil edib

AL Market mağazalar şəbəkəsi KİV nümayəndələri üçün öz məhsullarının istehsal edildiyi Sumqayıt Yağ Fabrikinə mediatur təşkil edib.

 “Yüksək keyfiyyət, uyğun qiymət” sloqanını əsas tutan “Al Market” insanların günlük ehtiyacları olan məhsul çeşidliliyi təmin edir.

AL Market müştərilərinin xərclərini hər gün azaltmaq üçün beynəlxalq təcrübədən istifadə edir. Azərbaycanda və xarici ölkələrdə məşhur marakaların istehsal olunduğu böyük firmalarda “AL Market”-də satılması üçün məhsullar istehsal etdirir. Bununla da müştəri ödədiyi məbləği sadəcə aldığı məhsul üçün ödəyir. Məhsul markasının məşhurlaşması üçün əlavə xərclərdən, bahalı qablaşdırmalardan istifadə edilmədiyi üçün məhsul müştərilərə daha ucuz qiymət təqdim edilə bilir.

AL Marketin öz məhsulu olan “Sərfəli” duru yağlarının istehsal olunduğu yağ fabrikini ziyarət edən jurnalistlərə burada yaradılmış keyfiyyətə nəzarət sisteminin qüsursuz olduğu əyani şəkildə nümayiş etdirildi. 

Jurnalistləri qarşılayan istehsal müsəssisəsinin İSO üzrə mütəxəssisi Elşən Kərimov  jurnalistlərə Qida və Yağ fabrikinin bütün avadanlıqlarının bu sahə üzrə dünyanın ən məşhur və böyük şirkətləri tərəfindən təmin edildiyi barədə məlumat verərdi.Müəssisənin İSO sertifikatının tələblərinə tam cavab verdiyini, laboratoriyanın dəfələrlə beynəlxalq müsabiqələrdə mükafatçı və qalib olduğunu qeyd etdi.

Digər

dviyyatlarin-faydalari-nelerdir-ve-onlardan-nece-duzgun-istifade-etmek-lazimdir

Ədviyyatların faydaları nələrdir və onlardan necə düzgün istifadə etmək lazımdır?

Ədviyyatlar təkcə yeməklərimizə ləzzət qatmaqla qalmır, doğru istifadə edildiyi zaman sağlamlığımıza da müsbət təsir göstərir. Yalnız “Al Market”də tapa biləcəyiniz “Sanitta Baharat” markası da geniş ədviyyat çeşidi ilə evinizə həm ləzzət, həm də sağlamlıq gətirəcək. Odur ki gəlin ədviyyatların faydaları və onlardan düzgün istifadə ilə tanış olaq. Çörəkotu Çörəkotu güclü antioksidant xüsusiyyətləri ilə məşhurdur. O, immunitet sistemini gücləndirir və həzm prosesini dəstəkləyir. Qatıq, salat və xəmir işlərinə çörəkotu əlavə edərək onun faydalarından yararlana bilərsiniz. Mixək “Sanitta”nın mixək çeşidi diş və ağız sağlamlığı üçün olduqca faydalıdır. Üstəlik, ondan təbii ağrıkəsici olaraq da istifadə etmək də olar. Ət yeməklərinizə, hətta çay və şirniyyatlarınıza da mixək əlavə edə bilərsiniz. Qara istiot Maddələr mübadiləsini sürətləndirən və həzmi asanlaşdıran qara istiot iltihab əleyhinə xüsusiyyətlərə də malikdir. Sarıkök İltihab əleyhinə və antioksidant xüsusiyyətləri ilə seçilən sarıkök immuniteti və həzmi də dəstəkləyir, dəri sağlamlığını yaxşılaşdırır. Plov və şorba ilə yanaşı, “smoothie”lərinizə də sarıkök əlavə edərək sağlamlığınızın qeydinə qala bilərsiniz. Darçın Darçın qan şəkərini tənzimləməyə kömək edir və antioksidant xüsusiyyətlərə sahibdir. Beləcə, onu rahatlıqla qəhvəyə, şirniyyatlara, üstəlik, ət yeməklərinə də əlavə etmək olar. Bəs ədviyyatlardan necə düzgün istifadə edək? 1. Təzəlik: Ədviyyatları sərin, quru və qaranlıq bir yerdə saxlayın. Bu, onların təzəliyini və dadını qorumaqda kömək olacaq. 2. Ölçü: Ədviyyatları yeməklərinizə əlavə edərkən ölçünü qoruyun. Həddindən artıq istifadə həm sağlamlığınıza mənfi təsir edəcək, həm də yeməklərinizin ləzzətini pozacaq. 3. Zamanlama: Yemək bişirərkən ədviyyatları düzgün zamanda əlavə etmək lazımdır. Məsələn, qara istiotu yemək bişdikdən sonra əlavə etmək onun ləzzətini qoruyur.

Ətraflı
24 iyl. 2024