“AL Market”ə Fəxri Diplom verildi.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, mükafatlandırılma mərasimində "Azərsun Holdinq" Şirkətlər qrupu "AL Market" MMC-nin kollektivinə "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması” üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi ilə 2021-ci ildə keçirilən respublika müsabiqəsinin ən yaxşı nəticələrinə görə fəxri diplom verilib.
Qeyd edək ki, bu gün ölkənin dörd bir bölgəsində fəaliyyət göstərən “AL Market”lər mağazalarındakı ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir. “Yüksək keyfiyyət, uyğun qiymət” sloqanını əsas tutan “AL Market”lər ailənizin ehtiyacları üçün minlərlə məhsulla xidmətinizdədir.
Digər