al-market-den-sehid-ailelerine-novruz-sovqati-teqdim-edildi
al-market-den-sehid-ailelerine-novruz-sovqati-teqdim-edildi
al-market-den-sehid-ailelerine-novruz-sovqati-teqdim-edildi
al-market-den-sehid-ailelerine-novruz-sovqati-teqdim-edildi
al-market-den-sehid-ailelerine-novruz-sovqati-teqdim-edildi
al-market-den-sehid-ailelerine-novruz-sovqati-teqdim-edildi
al-market-den-sehid-ailelerine-novruz-sovqati-teqdim-edildi
al-market-den-sehid-ailelerine-novruz-sovqati-teqdim-edildi
17 mar. 2023

"AL Market"-dən Şəhid ailələrinə Novruz sovqatı təqdim edildi.

“AL Market” MMC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı nin birgə təşkilatçılığı ilə Novruz Bayramı ərəfəsində ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş qəhrəmanların ailə üzvlərinə diqqət və qayğı göstərmək məqsədilə  “Novruz sovqatı” adlı korporativ sosial məsuliyyət layihəsi təşkil olunub.

 

13 mart 2023-cü il tarixində “AL Market” MMC və  Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialınin rəhbər şəxsləri və digər əməkdaşları tərəfindən 25 şəhid ailəsi ziyarət edildi, Novruz bayramı münasibətilə təbrik olundu, bayram sovqatları təqdim edildi.

 

Qeyd edək ki, bayram ziyarəti həssas qruplara dəstək proqramları çərçivəsində icra edilibdir.

Digər

dviyyatlarin-faydalari-nelerdir-ve-onlardan-nece-duzgun-istifade-etmek-lazimdir

Ədviyyatların faydaları nələrdir və onlardan necə düzgün istifadə etmək lazımdır?

Ədviyyatlar təkcə yeməklərimizə ləzzət qatmaqla qalmır, doğru istifadə edildiyi zaman sağlamlığımıza da müsbət təsir göstərir. Yalnız “Al Market”də tapa biləcəyiniz “Sanitta Baharat” markası da geniş ədviyyat çeşidi ilə evinizə həm ləzzət, həm də sağlamlıq gətirəcək. Odur ki gəlin ədviyyatların faydaları və onlardan düzgün istifadə ilə tanış olaq. Çörəkotu Çörəkotu güclü antioksidant xüsusiyyətləri ilə məşhurdur. O, immunitet sistemini gücləndirir və həzm prosesini dəstəkləyir. Qatıq, salat və xəmir işlərinə çörəkotu əlavə edərək onun faydalarından yararlana bilərsiniz. Mixək “Sanitta”nın mixək çeşidi diş və ağız sağlamlığı üçün olduqca faydalıdır. Üstəlik, ondan təbii ağrıkəsici olaraq da istifadə etmək də olar. Ət yeməklərinizə, hətta çay və şirniyyatlarınıza da mixək əlavə edə bilərsiniz. Qara istiot Maddələr mübadiləsini sürətləndirən və həzmi asanlaşdıran qara istiot iltihab əleyhinə xüsusiyyətlərə də malikdir. Sarıkök İltihab əleyhinə və antioksidant xüsusiyyətləri ilə seçilən sarıkök immuniteti və həzmi də dəstəkləyir, dəri sağlamlığını yaxşılaşdırır. Plov və şorba ilə yanaşı, “smoothie”lərinizə də sarıkök əlavə edərək sağlamlığınızın qeydinə qala bilərsiniz. Darçın Darçın qan şəkərini tənzimləməyə kömək edir və antioksidant xüsusiyyətlərə sahibdir. Beləcə, onu rahatlıqla qəhvəyə, şirniyyatlara, üstəlik, ət yeməklərinə də əlavə etmək olar. Bəs ədviyyatlardan necə düzgün istifadə edək? 1. Təzəlik: Ədviyyatları sərin, quru və qaranlıq bir yerdə saxlayın. Bu, onların təzəliyini və dadını qorumaqda kömək olacaq. 2. Ölçü: Ədviyyatları yeməklərinizə əlavə edərkən ölçünü qoruyun. Həddindən artıq istifadə həm sağlamlığınıza mənfi təsir edəcək, həm də yeməklərinizin ləzzətini pozacaq. 3. Zamanlama: Yemək bişirərkən ədviyyatları düzgün zamanda əlavə etmək lazımdır. Məsələn, qara istiotu yemək bişdikdən sonra əlavə etmək onun ləzzətini qoruyur.

Ətraflı
24 iyl. 2024