azersun-holdinqin-teskilatciligi-ile-sehid-ovladlari-ucun-yeni-il-senliyi-kecirilib
azersun-holdinqin-teskilatciligi-ile-sehid-ovladlari-ucun-yeni-il-senliyi-kecirilib
azersun-holdinqin-teskilatciligi-ile-sehid-ovladlari-ucun-yeni-il-senliyi-kecirilib
azersun-holdinqin-teskilatciligi-ile-sehid-ovladlari-ucun-yeni-il-senliyi-kecirilib
31 dek. 2022

"Azərsun Holdinq"in təşkilatçılığı ilə şəhid övladları üçün Yeni il şənliyi keçirilib.

Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü, "Azərsun Holdinq"in təşkilatçılığı ilə şəhid övladları üçün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə əyləncəli proqram təşkil edilib.
"Park Bulvar" AVM, "Al Market" Mağazalar Şəbəkəsi və "Shokki Mokki" brendinin dəstəyi ilə keçirilən Yeni il şənliyində ilk öncə şəhid övladları və valideynləri üçün "Park Cinema"da cizgi filmi nümayiş olunub. Tədbirdə, həmçinin "Al Market" Mağazalar Şəbəkəsi və "Shokki Mokki" brendinin stendləri quraşdırılıb və gələn qonaqlara müxtəlif hədiyyələr təqdim edilib.
 

Digər

dviyyatlarin-faydalari-nelerdir-ve-onlardan-nece-duzgun-istifade-etmek-lazimdir

Ədviyyatların faydaları nələrdir və onlardan necə düzgün istifadə etmək lazımdır?

Ədviyyatlar təkcə yeməklərimizə ləzzət qatmaqla qalmır, doğru istifadə edildiyi zaman sağlamlığımıza da müsbət təsir göstərir. Yalnız “Al Market”də tapa biləcəyiniz “Sanitta Baharat” markası da geniş ədviyyat çeşidi ilə evinizə həm ləzzət, həm də sağlamlıq gətirəcək. Odur ki gəlin ədviyyatların faydaları və onlardan düzgün istifadə ilə tanış olaq. Çörəkotu Çörəkotu güclü antioksidant xüsusiyyətləri ilə məşhurdur. O, immunitet sistemini gücləndirir və həzm prosesini dəstəkləyir. Qatıq, salat və xəmir işlərinə çörəkotu əlavə edərək onun faydalarından yararlana bilərsiniz. Mixək “Sanitta”nın mixək çeşidi diş və ağız sağlamlığı üçün olduqca faydalıdır. Üstəlik, ondan təbii ağrıkəsici olaraq da istifadə etmək də olar. Ət yeməklərinizə, hətta çay və şirniyyatlarınıza da mixək əlavə edə bilərsiniz. Qara istiot Maddələr mübadiləsini sürətləndirən və həzmi asanlaşdıran qara istiot iltihab əleyhinə xüsusiyyətlərə də malikdir. Sarıkök İltihab əleyhinə və antioksidant xüsusiyyətləri ilə seçilən sarıkök immuniteti və həzmi də dəstəkləyir, dəri sağlamlığını yaxşılaşdırır. Plov və şorba ilə yanaşı, “smoothie”lərinizə də sarıkök əlavə edərək sağlamlığınızın qeydinə qala bilərsiniz. Darçın Darçın qan şəkərini tənzimləməyə kömək edir və antioksidant xüsusiyyətlərə sahibdir. Beləcə, onu rahatlıqla qəhvəyə, şirniyyatlara, üstəlik, ət yeməklərinə də əlavə etmək olar. Bəs ədviyyatlardan necə düzgün istifadə edək? 1. Təzəlik: Ədviyyatları sərin, quru və qaranlıq bir yerdə saxlayın. Bu, onların təzəliyini və dadını qorumaqda kömək olacaq. 2. Ölçü: Ədviyyatları yeməklərinizə əlavə edərkən ölçünü qoruyun. Həddindən artıq istifadə həm sağlamlığınıza mənfi təsir edəcək, həm də yeməklərinizin ləzzətini pozacaq. 3. Zamanlama: Yemək bişirərkən ədviyyatları düzgün zamanda əlavə etmək lazımdır. Məsələn, qara istiotu yemək bişdikdən sonra əlavə etmək onun ləzzətini qoruyur.

Ətraflı
24 iyl. 2024