Yumşaq pendirli börək
Porsiyon: 5 nəfərlik Çətinlik dərəcəsi: Orta Hazırlıq müddəti: 45 dəq. Bişirmə müddəti: 40 dəq. 1 porsiyanın qiyməti: 1.57 AZN
Tərkibi:
“Dəyirman” un – 600 qr.
“Sərfəli” bitki yağı – 2 x.q.
“Şəhrizad” şəkər tozu – 1 x.q.
“Bizim Süd” süd – 2 lt. Maya – 0.5 ç.q.
Duz – 1/3 ç.q.
Yumurta – 2 ədəd
Toyuq əti – 200 qr.
Kaşar pendir – 200 qr.
Çörək otu – zövqə görə
Hazırlanma qaydası:
• Südü, 1 ədəd yumurtanı, bitki yağını, şəkər tozunu, mayanı və unu töküb xəmir yoğururun. • Yoğurduğunuz xəmiri mayalanana qədər gözləyin.
• Mayalanmış xəmiri uzun rolun şəklinə salıb 9 bərabər hissəyə ayırın.
• Bu hissələrdən kündə hazırlayın. • Toyuq ətini bitki yağında bir az qovururun.
• Sonra üzərinə rəndələnmiş kaşar pendirini və duz, istiotu da töküb qazı söndürün.
• Kündələri yayıb ovucun içi ölçüsündə açın.
• İçərisinə hazırladığımız toyuq ətindən qoyub yenidən kündə halına salın.
• Hazırladığımız kündələri borcama düzün.
• Üzərinə yumurta sarı ilə suyu qarışdırıb çəkin.
• Sonda isə çörək otundan töküb sobaya yerləşdirin.