Blinçik tortu resepti
Porsiyon: 5 nəfərlik Çətinlik dərəcəsi: Orta Hazırlıq müddəti: 15 dəq. Bişirmə müddəti: 15 dəq. 1 porsiyanın qiyməti: 1.10 AZN
Tərkibi:
“Dəyirman” un – 1 st. “Sərfəli” bitki yağı – 3 x.q. “Şəhrizad” şəkər tozu – 0.5 ç.q.
“Bizim Süd” süd – 300 ml
“Schocolatte” şokolad yağı – 90 qr.
Yumurta – 1 ədəd Duz – 1/3 ç.q.
Vanil - 1/3 ç.q. Qaymaq – 100 qr.
Kəsmik – 200 qr.
Qovrulmuş fındıq – 150 qr.
Hazırlanma qaydası:
• Süd, yumurta, şəkər tozu, duz, yağ, vanil və unu qarışdırıb blinçik xəmirini hazırlayın.
• Məhsullar bir-birinə tam qarışdıqdan sonra isinmiş tavaya 1 çömçə qarışıqdan əlavə edib daha sonra tavanı döndərərək xəmirin tam olaraq tavaya yayılmasını təmin edin. Bir tərəfi bişdikdən sonra çevirib digər tərəfini də qızardın.
• Bütün xəmiri bu şəkildə bişirdikdən sonra arasına çəkmək üçün qaymaqlı qarışığı hazırlayın. • Kəsmik, qaymaq və şəkər tozunu yaxşıca qarışdırın.
• Bişirdiyimiz xəmirləri sıra ilə üst-üstə düzüb və hər bir xəmirin arasına qaymaqlı qarışıqdan çəkin.
• Ən sonuncu xəmirin üzərindən isə şokolad yağı çəkin və qovrulmuş, üyüdülmüş fındıq tökün.