sud-ve-sud-mehsullarinin-faydalari--bizim-sud
16 dek. 2023

Süd və süd məhsullarının faydaları — “Bizim Süd”

Gündəlik həyatımızda ən çox istifadə etdiyimiz qidalar arasında süd və süd məhsulları əsas yerə malikdir. Kalsium və protein başda olmaqla, bir çox faydalı maddələri özündə birləşdirən süd məhsulları sağlamlığımız üçün də xeyli faydalıdır. Elə bu səbəbdən “Bizim Süd” məhsullarının istehlakına həyatımızda xüsusi önəm verməliyik.

Bir az daha dəqiq olsaq, südün hansı faydaları var?

• Süd bizi xəstəliklərdən qoruyur.

Məsələn, südün tərkibindəki potassium və maqnezium qan təzyiqini normal səviyyədə tutmağa kömək edir və qan təzyiqindən doğan ürək xəstəliklərinin qarşısını alır. Buna görə də həkimlər sağlam ürək üçün süd içməyi məsləhət görür. Ürək xəstəlikləri ilə yanaşı, süd məhsullarının istehlakı bağırsaq xərçəngindən də qoruyur.

• Sümüklərimizi gücləndirir.

Tərkibindəki kalsiuma görə sevilən süd güclü sümüklər və dişlər üçün əsl vasitədir. O, bədənimizdəki düzgün sümük sıxlığının yaranmasını təmin edir və beləcə, osteoporoz riski də bir xeyli azalır.

• Süd əsl mineral mənbəyidir.

Tərkibində olan A, B2, B12 və D vitaminləri ilə süd sağlamlığımız üçün əsas qida məhsullarından olduğunu bir daha təsdiqləyir.

Bəs süd məhsulları sağlamlığımız üçün nə qədər xeyirlidir?

Gəlin xamadan başlayaq. Xama yüksək miqdarda kalsiumu, eləcə də yararlı yağları özündə birləşdirir. Bu yağlar ürək sağlamlığını dəstəkləyib mənfi xolesterol səviyyəsini də aşağı salır.

Ürəklə yanaşı, həzm prosesini yaxşılaşdıraraq bağırsaq sağlamlığını da qaydasında saxlayır. Buna görə də gündəlik rejiminizə “Bizim Süd” xamasını əlavə etməyi unutmayın.

Ləzzətli süd məhsulları arasında qatıq da yer alır ki, o, sağlam məhsullar arasında xüsusi rola malikdir. Qatığın tərkibində bir çox probiotiklər, B5 və B12 vitaminləri, eləcə də fosfor, yod və sink kimi elementlər var. Bu elementlərin köməyi ilə o, immunitet sistemini, damar sağlamlığını və əzələləri yaxşılaşdırır. Həmçinin qatıq arıqlamağa kömək edən qida vasitələrindən biridir.

Sonda isə keçid edək pendirə. Pendir kalsium cəhətdən boldur və sümüklərin güclənməsinə kömək edir. Tərkibində yüksək səviyyədə protein və sağlam yağlar olduğundan gün boyu tox qalmağa da yardımçı olur. Məsələn, salatlarınıza və sendviçlərinizə “Bizim Süd” pendirini əlavə edə bilərsiniz.

Digər

dviyyatlarin-faydalari-nelerdir-ve-onlardan-nece-duzgun-istifade-etmek-lazimdir

Ədviyyatların faydaları nələrdir və onlardan necə düzgün istifadə etmək lazımdır?

Ədviyyatlar təkcə yeməklərimizə ləzzət qatmaqla qalmır, doğru istifadə edildiyi zaman sağlamlığımıza da müsbət təsir göstərir. Yalnız “Al Market”də tapa biləcəyiniz “Sanitta Baharat” markası da geniş ədviyyat çeşidi ilə evinizə həm ləzzət, həm də sağlamlıq gətirəcək. Odur ki gəlin ədviyyatların faydaları və onlardan düzgün istifadə ilə tanış olaq. Çörəkotu Çörəkotu güclü antioksidant xüsusiyyətləri ilə məşhurdur. O, immunitet sistemini gücləndirir və həzm prosesini dəstəkləyir. Qatıq, salat və xəmir işlərinə çörəkotu əlavə edərək onun faydalarından yararlana bilərsiniz. Mixək “Sanitta”nın mixək çeşidi diş və ağız sağlamlığı üçün olduqca faydalıdır. Üstəlik, ondan təbii ağrıkəsici olaraq da istifadə etmək də olar. Ət yeməklərinizə, hətta çay və şirniyyatlarınıza da mixək əlavə edə bilərsiniz. Qara istiot Maddələr mübadiləsini sürətləndirən və həzmi asanlaşdıran qara istiot iltihab əleyhinə xüsusiyyətlərə də malikdir. Sarıkök İltihab əleyhinə və antioksidant xüsusiyyətləri ilə seçilən sarıkök immuniteti və həzmi də dəstəkləyir, dəri sağlamlığını yaxşılaşdırır. Plov və şorba ilə yanaşı, “smoothie”lərinizə də sarıkök əlavə edərək sağlamlığınızın qeydinə qala bilərsiniz. Darçın Darçın qan şəkərini tənzimləməyə kömək edir və antioksidant xüsusiyyətlərə sahibdir. Beləcə, onu rahatlıqla qəhvəyə, şirniyyatlara, üstəlik, ət yeməklərinə də əlavə etmək olar. Bəs ədviyyatlardan necə düzgün istifadə edək? 1. Təzəlik: Ədviyyatları sərin, quru və qaranlıq bir yerdə saxlayın. Bu, onların təzəliyini və dadını qorumaqda kömək olacaq. 2. Ölçü: Ədviyyatları yeməklərinizə əlavə edərkən ölçünü qoruyun. Həddindən artıq istifadə həm sağlamlığınıza mənfi təsir edəcək, həm də yeməklərinizin ləzzətini pozacaq. 3. Zamanlama: Yemək bişirərkən ədviyyatları düzgün zamanda əlavə etmək lazımdır. Məsələn, qara istiotu yemək bişdikdən sonra əlavə etmək onun ləzzətini qoruyur.

Ətraflı
24 iyl. 2024