Milli yeməklərimiz və faydaları — “Şəhrizad”
Plov, başqa sözlə desək, Azərbaycan mətbəxinin şahı. Hər xüsusi gündə, hər bayramda dadından doymadığımız bu təamın hazırlandığı düyü məhz onun ləzzətinə təsir edən əsas amillərdən biridir. Bunun üçün “Şəhrizad” düyüləri var ki, o, yeməklərinizi ləzzətli edəcək, üstəlik, sağlamlığınıza da faydalı gələcək. “Bəs düyünün hansı faydaları var?” desəniz, bunlar aşağıdakı kimidir:
– Nişasta baxımından zəngin olduğu üçün insanı enerji ilə təmin edə bilir.
– Tərkibindəki B1, B2, C və E vitaminləri, həmçinin natrium, maqnezium, kalium, kalsium və dəmir sayəsində bədən inkişafını dəstəkləyir.
– Həzmi asanlaşdırır, eləcə də mədə xəstəliklərini müalicə edir.
– Bədəndə olan suyu çəkib toksik maddələri uzaqlaşdırır.
– Yüksək təzyiqi salır.
Dənli bitkilər arasında mərci də mətbəximizdə xüsusi yer tutur. Qış aylarında ondan hazırlanan şorba və yeməklər qripə, soyuqdəyməyə qarşı mübarizəyə yardım edir. Bəs mərcinin hansı faydaları var?
– Mərci qəbizliyi aradan qaldırır.
– Mərcidə kifayət miqdarda dəmir var ki, bu da xüsusilə, qan azlığından əziyyət çəkənlər üçün faydalıdır.
– Mərci protein mənbəyidir və zülallarla zəngindir. 100 qram mərcidə 100 qram ətdə olan qədər protein var. Yalnız aralarındakı fərq bundan ibarətdir ki, mərci zərərli yağları bədənə daxil etmir və beləcə, heyvan yağlarından qaçmaq üçün əlverişli qida növü hesab olunur.
Qeyd olunan bütün faydalı dənli bitkiləri “Şəhrizad” məhsullarından seçməyiniz bəs edir ki, hazırladığınız bütün yeməklər həm sağlamlığınıza yaxşı təsir etsin, həm də damaq dadınıza uyğun olsun. Xatırladaq ki, bütün “Şəhrizad” çeşidlərini uyğun qiymətə “Al Market”lərdən ala bilərsiniz.
Digər