Çay və qəhvə nə vaxt qəbul edilməlidir?
Həyatımızın əvəzolunmaz parçalarından biri də çay və qəhvədir. Onlar düzgün zamanda qəbul edildikdə həm əhvalımızı yüksəldir, həm də bizi enerji ilə təmin edir. Bu doğru zamanı necə müəyyən edəcəyimizi isə gəlin birlikdə öyrənək.
Günə yüksək enerji ilə başlamaq üçün “Coffee Mirage” qəhvəsi ideal seçimdir, lakin oyandığımız an qəhvə içməməliyik. Belə ki, oyandıqdan sonra qəhvə içmək üçün 30-60 dəqiqə gözləməliyik. Oyandığımız zaman bədənimiz yüksək səviyyədə kortizon emal edir. Biz isə 30-60 dəqiqə ərzində kortizonun təbii olaraq azalmasını gözləyir və qəhvə qəbul edərək onun təsirindən maksimum faydalanırıq.
Axşama doğru isə qəhvə içmək elə də məsləhət görülmür, çünki o, yuxunun keyfiyyətinə güclü təsir göstərir. Buna görə də yuxudan 6 saat əvvələ qədər qəhvə içməkdən yayınmalıyıq. Əgər yuxu problemləriniz varsa, ümumiyyətlə, gün ərzində qəbul etdiyiniz qəhvəni azaltmalısınız. “Coffee Mirage”ın “Cappuccino”, “Classic”, “Gold” kimi çeşidləri isə gün ərzində enerji toplamaqda sizə kömək olacaq.
Digər tərəfdən çay isə həzm sistemini yaxşılaşdırır, soyuq havalarda bədənimizi isidir, üstəlik, qəhvə kimi, o da oyanmağa və enerjili qalmağa kömək edir.
Çayın tərkibində kofein olduğu və həzm sistemini yaxşılaşdırdığı üçün bir çoxları düşünür ki, nahardan dərhal sonra çay içmək yaxşı fikirdir. Çayın tərkibində kofeindən əlavə, tannik asid də var ki, bu, qidanın tərkibindəki proteinlərlə birbaşa əlaqəyə girir. Odur ki nahardan 15-20 dəqiqə “PASHA Çay” ilə dincəlmək daha yaxşı fikirdir. “PASHA Çay” təravətli və rahatlaşdırıcı təsiri ilə günün yorğunluğunu aradan qaldırır və zehni gücləndirir.
Digər