Mərcili plov resepti
Porsiyon: 5 nəfərlik Çətinlik dərəcəsi: Çətin Hazırlıq müddəti: 20 dəq. Bişirmə müddəti: 10 dəq.
Tərkibi:
“Şəhrizad Basmatı düyü” – 2 stəkan.
“Şəhrizad qırmızı mərci” – 2 stəkan.
“Sevella” makaron vermişel – 0.5 stəkan.
“Vente” şirin qarğıdalı – 1 stəkan
Kərə yağı – 200 qr.
Toyuq bud dibi – 200 qr.
Baş soğan – 2 ədəd
Zirinc – 2 x.q. Duz – zövqə görə
Hazırlanma qaydası:
• Qaynayan suya zövqə görə duz, 2 stəkan düyü, 2 stəkan mərci və yarım stəkan vermişeli əlavə edib bişiririk.
• Ayrıca qazanda 2 x.q. kərə yağını əridib üzərinə toyuq diblərini əlavə edib qovururuq.
• Toyuqların üzərinə soğan əlavə edib bişməsini gözləyirik.
• Bişən toyuqların üzərinə hazırladığımız düyülü əlavəni edirik.
• Daha sonra plovun üzərinə 1 stəkan şirin qarğıdalı konservi və 2 x.q. zirinc əlavə edib vam odda bişməyə qoyuruq. Nuş olsun!