Makaron salatı resepti
Pors: 5 nəfərlik Çətinlik dərəcəsi: Orta Hazırlanma müddəti: 20 dəq. Bişmə müddəti: 10 dəq.
Tərkibi:
“Sevella” makaronu – 1 paket
“Dəyirman” unu – aldığı qədər
“Bizim süd” qatığı – 400 qr.
“Vente” şirin qarğıdalı – 4 x/q.
Xiyar – 2 ədəd
Qırmızı soğan – 2 ədəd
Sarımsaq – 1 diş
“Bizim süfrə” mayonezi – 3 x/q.
“Sanitta” istiotu – zövqə görə
Duz – zövqə görə.
Hazırlanma qaydası:
• Qaynayan suya zövqə görə duz, 1 paket makaron və duru yağ əlavə edib bişiririk.
• Ayrı qabda 400 qr. qatıq və 3x/q. mayonez əlavə edib qarışdırırıq.
• Doğranmış soğan, xiyar, pomidor və 1 diş sarımsağı ayrıca qaba əlavə edib qarışdırırq.
• Qarışdırdıqdan sonra üzərinə 4 x/q. qarğıdalı və bişən makaronu əlavə edirik.
• Daha sonra hazırladığımız qatıqlı əlavəni makaronla birlikdə qarışdırırıq.
• Salatın üzərinə zövqə görə istiot və göyərti əlavə edib süfrəyə servis edirik. Nuş olsun!