Sobada makaron resepti
Porsiyon: 5 nəfərlik Çətinlik dərəcəsi: Çətin Hazırlıq müddəti: 20 dəq. Bişirmə müddəti: 10 dəq.
Tərkibi:
oyuq sinə əti – 1 ədəd
“Bizim Bostan” tomat pastası – 1 x.q.
Holland pendiri – 100 qr. “Sərfəli” qarğıdalı yağı
“Sevella” makaron qələm kəsmə - 500 qr
“Vente” şirin qarğıdalı – 5 x.q.
Baş soğan – 1 ədəd Sarımsaq – 2 diş
“Bizim Bostan” yaşıl noxud – 5 x.q.
“Bizim Süd” xama – 500 qr.
Hazırlanma qaydası:
• Su qaynadılmış qazana qarğıdalı yağı və zövqə görə duz əlavə olunur.
• Sonra 500 qr. qələm makaron əlavə edilərək bişirilir.
• Ayrıca tavada 3 x.q. duru yağ, doğranmış 1 ədəd baş soğan və qulyaş formada kəsilmiş toyuq sinə əti əlavə olunub qovrulur.
• İnqirdientlər bir az qovrulduqdan sonra 1 x.q. tomat pastası, 2 diş əzilmiş sarımsaq, zövqə görə duz və istiot əlavə edilərək qarışdırılır.
• Hazırladığımız bu üzlüyü əvvəlcədən bişirilən makaronun üzərinə töküb 5 x.q. yaşıl noxud, eyni miqdarda şirin qarğıdalı və xama da əlavə edilərək qarışdırırlır.
• Daha sonra hazırlanan qarışımı soba qabına əlavə edib üzərinə rəndələnən holland pendirini tökülüb sobada bişirilir.