pecenik-resepti

Peçenik resepti

Porsiyon: 5 nəfərlik Çətinlik dərəcəsi: Orta Hazırlıq müddəti: 15 dəq. Bişirmə müddəti: 15 dəq. 1 porsiyanın qiyməti: 0.55 AZN

Tərkibi:

“Dəyirman” un – 500 qr. 

“Sərfəli” bitki yağı – 3 x.q. 

“Şəhrizad” şəkər tozu – 4 x.q. 

“Bizim Süd” süd – 300 ml 

Yumurta – 2 ədəd Duz – 1/3 ç.q. 

Vanil - 1/3 ç.q. 

Qabartma tozu - 1/3 ç.q.

Hazırlanma qaydası:

• Peçenik xəmirini hazırlamaq üçün unu ələyib üzərinə südü, yumurtanı, şəkər tozunu, vanili, duzu, qabartma tozunu sıra ilə əlavə edin. Sonda isə bitki yağını da töküb yoğurmağa başlayın. • Xəmiri oxlovun köməyi ilə təxminən 2 sm qalınlıqda açın. 

• Xəmiri müxtəlif fiqurlarla kəsə bilərsiniz. 

• Kəsilən peçenikləri yağlı kağız sərilmiş soba qabına düzün. • Sonda üzərinə bir az şəkər tozu səpib sobaya bişməyə qoyun. 

• Peçenikləri 160 dərəcədə 15 dəqiqə bişirin.