Dadlı toyuq budu resepti
Porsiyon: 5 nəfərlik Çətinlik dərəcəsi: Orta Hazırlıq müddəti: 15 dəq. Bişirmə müddəti: 30 dəq. 1 porsiyanın qiyməti: 1.25 AZN
Tərkibi:
“Bizim süfrə” dadlı mayonez – 1 x.q.
“Sərfəli” qarğıdalı yağı – 1 l.
“Bizim süd” – 1.2 st.
“Şəhrizad” şəkər tozu – 1 x.q.
“Dəyirman” un – 1.5 st.
Su – 1 l. Duz – 3 x.q.
Alma sirkəsi – 2 x.q.
Toyuq budu – 1 kq.
Qarğıdalı nişastası – 1.2 st.
Qara istiot – 1 ç.q.
Paprika – 1 ç.q.
Yumurta – 2 ədəd
Qabartma tozu – 1 ç.q.
Hazırlanma qaydası:
Boşqaba 1 l. su töküb üzərinə 2 x.q. duz, 1 x.q. şəkər tozu və 2 x.q. alma sirkəsi əlavə edin və qarışdırın. 1 kq toyuq budunu qarışımın içinə əlavə edib kənarda gözlədin.
• Boşqaba 1.5 st. un əlavə edib üzərinə qarğıdalı nişastası, 1 x.q. duz, 1 x.q. sarımsaq tozu, 1 x.q. paprika və 1 ç.q. qara istiot əlavə edib qarışdırın. Qarışımın yarısını digər boşqaba əlavə edib üzərinə 2 ədəd yumurta, 1 ç.q. qabartma tozu və yarım (½) st su əlavə edib qarışdırın.
• Toyuq budunu ardıcıl şəkildə ilk öncə maye şəkilində olan qarışıma daha sonra isə quru qarışıma əlavə edin.
• Son olaraq, qazana 1 l. duru yağ əlavə edib budları qızardın.