Cinnabon resepti
Porsiyon: 5 nəfərlik Çətinlik dərəcəsi: Orta Hazırlıq müddəti: 15 dəq. Bişirmə müddəti: 30 dəq.
Tərkibi:
1 porsiyanın qiyməti: 1.25 AZN
“Bizim süd” – 70 q.
“Dəyirman" un – 700 q.
“Şəhrizan” şəkər tozu – 100 q.
Qəhvəyi şəkər tozu – 150 q.
Yumurta – 2 ədəd
Kərə yağı – 220 q.
Maya – 1 ç.q. Duz – 1 ç.q.
Darçın – 3 ç.q. Vanil – 100 q.
Krem pendir – 100 q.
Hazırlanma qaydası:
• İki ədəd yumurtanın üzərinə 70 q. kərə yağı, süd, maya, şəkər tozu və duz əlavə edib qarışdırın. Qarışımın üzərinə un əlavə edib xəmir halına gələnə qədər yoğurun və üzərini örtüb gəlməsi üçün gözləyin.
• Qəhvəyi şəkər tozunun üzərinə darçın və 50 q. əridilmiş kərə yağı əlavə edib qarışdırın.
• Xəmiri yayıb, içinə qarışımı əlavə edin. Sonra isə rulet şəklində bükün və təxmini 3 sm. qalınlığnda hissələrə bölün. Kiçik ruletləri bişirmə tavasına yığıb 180-190 dərəcə temperaturda 30 dəqiqə bişirin.
• Üzəri üçün 100 q. əridilmiş kərə yağı, 100 q. şəkər kirşanı və krem pendiri əlavə edib qarışdırın.
• Alınan qarışımı sobadan çıxardığınız şirniyyatın üzərinə töküb yayın. Cinnabon hazırdır. Nuş olsun!