borek-resepti

Börək resepti

Porsiyon: 5 nəfərlik Çətinlik dərəcəsi: Orta Hazırlıq müddəti: 20 dəq. Bişirmə müddəti: 10 dəq.

Tərkibi:

Pomidor – 2 ədəd 

Yaşıl Bibər – 1 ədəd 

Sarı bibər – 1 ədəd 

Qırmızı bibər – 1 ədəd 

“Bizim Bostan” yaşıl noxud – 2 x.q. 

“Bizim Süd” ağ pendir – 150 qr. 

“Bizim Bostan” turşu xiyar – 3 ədəd 

Kolbasa – 250 qr. 

“Vente” şirin qarğıdalı – 2 x.q. 

İstiot – zövqə görə 

Duz – zövqə görə

Hazırlanma qaydası:

• Pomidor və rəngli bibərləri uzun-uzun kəsərək dərin bir qaba əlavə edirik. 

• Üzərinə doğranmış 3 ədəd turşu xiyar və 250 qr. kolbasanı əlavə edirik. 

• 150 qr. ağ pendir rəndələnir, 2 x.q. yaşıl noxud və eyni miqdarda şirin qarğıdalı da əlavə olunaraq qarışdırılır. 

• Hazırladığımız qarışımı lavaşın üzərinə əlavə edib zövqə görə duz, istiot və oregano töküb dördkünc formada bükürük. 

• Börəklərimiz hazır olduqdan sonra qızğın yağda qızardır və süfrəyə servis edirik.