
Veneqret resepti
Porsiyon: 5 nəfərlik Çətinlik dərəcəsi: Asan Hazırlıq müddəti: 20 dəq. 1 porsiyanın qiyməti: 0.47 AZN
Tərkibi:
“Şəhrizad” qırmızı lobya – 100 qr.
“Sərfəli” qarğıdalı yağı – 4 x.q.
“Bizim tarla” qarışıq turşu – 100 qr.
Kartof – 3 ədəd Kök – 3 ədəd
Çuğundur – 3 ədəd
Duz, istiot – zövqə görə
Hazırlanma qaydası:
• Kartofu, kökü, çuğunduru və lobyanı öncədən suda bişirin.
• Sonra bişirilmiş tərəvəzləri kub şəklində doğrayın.
• Kub şəklində doğradığınız tərəvəzləri, lobyanı bir qaba tökün.
• Üzərinə doğranmış turşunu və duz, istiotu da əlavə edin.
• Ən sonda isə bitki yağını da tökün salatı qarışdırın.