ton-baliq-bruscettasi

Ton Balıq Brusçettası

Porsiyon: 5 nəfərlik Çətinlik dərəcəsi: Orta Hazırlıq müddəti: 20 dəq. Bişirmə müddəti: 10 dəq.

Tərkibi:

“Vente” şirin qarğıdalı – 2 x.q. 

“Bizim Süd” ağ pendir – 100 qr. 

“Bizim Bostan” xiyar turşusu – 3 ədəd 

Ton balığı – 2 ədəd

Sarımsaq – 2 diş 

Kərə yağı – 50 qr. 

Şüyüd – 1 dəstə 

Qara çörək 

Duz – zövqə görə 

İstiot – zövqə görə

Hazırlanma qaydası:

• Dərin bir qabda 100 qr. ağ pendiri əzirik. 

• Üzərinə 2 ədəd ton balığı, 50 qr. kərə yağı əlavə edib qarışdırırıq. 

• Daha sonra qarışıma 2 x.q qarğıdalı, 3 ədəd doğranmış turşu xiyar və bir dəstə incə doğranmış şüyüd əlavə edirik. 

• Zövqə görə duz və istiot da əlavə etdikdən sonra qarışımı qara çörəklərin üzərinə çəkib servis edirik.