Pizza resepti
Porsiyon: 5 nəfərlik Çətinlik dərəcəsi: Orta Hazırlıq müddəti: 45 dəq. Bişirmə müddəti: 40 dəq. 1 porsiyanın qiyməti: 1.28 AZN
Tərkibi:
“Dəyirman” un – 500 qr.
“Sərfəli” bitki yağı – 2 x.q.
“Şəhrizad” şəkər tozu – 1/3 ç.q.
“Bizim Süd” süd – 300 ml
Maya – 0.5 ç.q. Duz – 1/3 ç.q.
Yumurta – 1 ədəd Ketçup – 2 x.q.
Sosiska – 200 qr.
Kolbasa – 200 qr.
Bibər – 1 ədəd
Pomidor – 1 ədəd
Mozzarella pendiri – 100 qr.
Hazırlanma qaydası:
• Pizzanın xəmirini hazırlamaq üçün unun üzərinə bitki yağını, şəkər tozunu, mayanı, duzu, yumurtanı və südü tökərərk yoğurun. Yoğurduqdan sonra xəmirin üzərini örtüb yarım saat gözlədin.
• Xəmiri pizzanı bişirəcəyiniz soba qabının ölçüsündən bir miqdar böyük ölçüdə açaraq qaba yerləşdirin.
• Xəmirin üzərinə sıra ilə mayonezi, ketçupu çəkin.
• Üzərinə halqa şəklində sosiskaları, və halqa doğranıb 3,4 yerə bölünmüş kolbasanı düzün.
• Bibərləri incə, uzun, pomidorları halqa şəklində doğrayıb üstünə düzün.
• Kənarlarına bütöv şəkildə sosiskaları düzün.
• Xəmirin kənarlarını sosiskaların hər iki tərəfindən kəsin.
• Xəmiri sosikaların üzərini örtəcək şəkildə içəriyə doğru qatlayın. • Qatladığınız xəmirin üzərindən də bıçaqla çox da dərin olmayan kəsiklər atın.
• Ən son pendiri rəndələyib üzərinə əlavə edin.
• Pizzanı sobada 180 dərəcədə 30-40 dəqiqə bişirin.