dondurma-resepti

Dondurma resepti

Porsiyon: 5 nəfərlik Çətinlik dərəcəsi: Orta Hazırlıq müddəti: 15 dəq. Bişirmə müddəti: 30 dəq.

Tərkibi:

1 porsiyanın qiyməti: 0.57 AZN 

“Şəhrizan” şəkər tozu – 3 x.q. 

Çiyələk – 250 q Limon – 1/2 

Qaymaq – 300 ml Yoqurt – 125 ml 

Qatılaşdırılmış süd – 3 x.q.

Hazırlanma qaydası:

• 250 q. çiyələk və 3 xörək qaşığı şəkər tozunu tavaya əlavə edin və üzərinə yarım (½) limon sıxıb blender ilə qarışdırın. 

• Boş qaba 300 ml. qaymaq, 125 ml. yoqurt və qatılaşdırılmış süd əlavə edib qarışdırın. Daha sonra isə üzərinə hazırladığınız çiyələyi töküb qarışımı soyuducuya yerləşdirin. Dondurma hazırdır. Nuş olsun!