cheesecake-resepti

Cheesecake resepti

Porsiyon: 5 nəfərlik Çətinlik dərəcəsi: Orta Hazırlıq müddəti: 30 dəq. Bişirmə müddəti: 40 dəq. 1 porsiyanın qiyməti: 1.95 AZN

Tərkibi:

“Şəhrizad” şəkər toyu – 300 q. 

“Bizim süd” xama – 200 q. 

“Dəyirman un” – 300 q. 

“Schocolatte” şokolad yağı – 100 q. 

Duz – 0.5 ç.q. 

Yumurta – 3 ədəd 

Qabartma tozu – 1 ç.q. 

Kəsmik – 600 qr. 

Vanil – 1 paket 

Manna yarması – 1 x.q. 

Duz – 1 ç.q. Çiyələk – 300 q. 

Qaymaq – 100 q. 

Qovrulmuş qoz – 100 q. 

Kərə yağı – 150 q.

Hazırlanma qaydası:

• Bir qabda kərə yağı, yumurta, xama, qabartma tozu, şəkər tozu və duzu qarışdırıb üzərinə un əlavə edib xəmir yoğrurun. Üzərini örtüb gəlməsi üçün gözləyin. 

• İçliyini hazırlamaq üçün boş qaba kəsmik, şəkər tozu, xama, kartof nişastası, manna, yumurta və vanili əlavə edib qarışdırın. 

• Yapışmaması üçün bişirmə tavasının içinə yağlı kağız yerləşdirin. Xəmiri tavanın divarlarını tutacaq şəkildə yayın, çəngəl ilə üzərində dəliklər açın, üzərinə içi əlavə edib sobaya qoyun. 180 dərəcə temperaturda 45 dəqiqə bişirin. 

• Zövqə görə üzərini şokolad, qoz və çiyələk ilə bəzəyin.