Çeburek resepti
Porsiyon: 5 nəfərlik Çətinlik dərəcəsi: Orta Hazırlıq müddəti: 20 dəq. Bişirmə müddəti: 10 dəq. 1 porsiyanın qiyməti: 1.06 azn
Tərkibi:
“Bizim Süd” kənd qatığı – 2 x.q.
“Dəyirman” un – 500 qr.
“Sərfəli” bitki yağı
Kərə yağı – 6 x.q.
Toyuq əti – 300 qr.
Soğan – 1 ədəd
Qabartma tozu – yarım ç.q.
Duz, istiot – zövqə görə
Hazırlanma qaydası:
• 3 x.q. kərə yağını əridib toyuğu bir az qovurun. • Üzərinə doğranmış soğanları və duz, istiotu da töküb yenidən qovurun.
• Xəmir üçün qatıq, 3 x.q. kərə yağı, qabartma tozu və duzu töküb qarışdırın.
• Qarışığın üzərinə unu da töküb xəmiri yoğurun.
• Yoğurduğumuz xəmiri çox nazik olmayacaq şəkildə oxlov köməyi ilə açırın.
• Xəmirin bir tərəfinə qovurduğumuz toyuqdan qoyun və qatlayın.
• Zövqə görə xəmirin içərisinə rəndələnmiş pendir də əlavə etmək olar.
• Xəmiri qatladıqdan sonra kənarlarını açılmayacaq şəkildə bükürük və bitki yağında tavada hər iki tərəfini qızardın.