Qatıq şorbası
Pors: 5 nəfərlik Çətinlik dərəcəsi: Orta Hazırlanma müddəti: 20 dəq. Bişmə müddəti: 10 dəq.
Tərkibi:
“Dəyirman” unu – 2 x/q.
“Şəhrizad” yumru düyü – 1 st.
“Şəhrizad” bişirilmiş noxud – 1 st.
“Bizim süd” qatıq – 3 x/q.
“Sanitta” nanə qurusu
“Sərfəli” duru yağ – 2 x/q.
Mal əti – 200 qr.
Soğan – 1 ədəd.
Yumurta – 1 ədəd.
Sarımsaq – 1 diş. Su – 2.5 l.
Hazırlanma qaydası:
• 200 qr. mal ətinə 2 x/q. duru yağ, doğranmış soğan, 1 diş sarımsaq və 2 x/q. un əlavə etdikdən sonra kiçik küftələr hazırlayırıq.
• Ayrı qaba qatıq 1 ədəd yumurta və 4 x/q. un əlavə edib yaxşıca qarışdırırıq.
• Tavaya 2 x/q. duru yağ əlavə edərək küftələri 2 x/q. nanə qurusu və zövqə görə duz əlavə edərək qovururuq.
• Qaynadılmış suya öncədən hazırladığımız qatıqlı qarışımla birlikdə küftə, yumru düyü və bişirilmiş noxudları əlavə edirik. • Şorbamız hazır olduqdan sonra süfrəyə servis edilir. Nuş olsun!